Röya: Nigara əl uzatdım, o isə mənə yapışdırılmış arxasını çevirdi – VİDEO
Əməkdar artist Röya “Eurovision -2011” müsabiqəsinin qalibi Nigar Camalla Türkiyənin “Altın Kelebek” mükafatlandırma mərasimi zamanı yaşadığı qalmaqala münasibət bildirib.
1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı Röya “Xəzər magazin”ə müsahibə verib:
“Nigardan ötrü ölürdüm, hara getsəm onu daşıyırdım. Türkiyəyə getməmişdən qabaq Nihat Odabaşı Bakıya gəlmişdi. Nigara zəng vurdum ki, birgə yemək yeyək. Razılaşdı, amma axşam zəng vuranda dedi ki, Londona uçuram, yoxam. Elə birtəhər gəldi ki, bu qız mənə deməmiş niyə Londona gedib? O instaqramda təbrik etmələr filan... Bunlar deyəsən öyrəşdilər baş bağlayıb açmağa.
Mənlə Türkiyəyə stilist Elnur Həsənov getməli idi. Onun da Allah canını sağ eləsin. Dedi ki, gəlinlərimi qoya bilmirəm. Mən də dedim ki, hansısa bir qız toy günündə ağlamasın. Eybi olmaz. Stilist Anar Ağakişiyevi də Nigar bron etmişdi. Axşam ona dedim ki, vaxtın olsa məni də bəzəyərsən. Bunu da Nigar bildi və icazə vermədi. Anara zəng vurub dedim ki, narahat olma. bilirəm ki, səni Nigar qoymur. Qırmızı xalçada Nəsiblə (aparıcı Nəsib Nur) salamlaşmışam. Keçmişəm kənara, onları gözləyirəm. Mən nə bilim ki, bu qız deyir ki, Röya çıxıb getsin, mən tək qırmızı xalça üzərinə çıxım. Çox səy qızam, bunu bildim.
Anar əlini atıb məni çağıranda Nigar qışqırıb deyir ki, bunu niyə çağırırsan? “Bunu” e? “Bu” sənsən! Qaça-qaça bir bayrağı əlinə götürmüsən. Yaxşı ki, o oğlanın ayağı düşüb (red: Eldar Qasımov). Eldarın şansıdır ki, onun başına quş qondu. Bir “Eurovision”a görə özünü nə zənn etdin? "Kim" demirəm. Səhnəyə məni çağıranda ona əlimi atdım. Nigar isə arxasını çevirdi. Arxası da ki, hamısında yapışdırılmadı. Sonadək Nigarın qalib olacağını düşünürdüm. Bu haqda fikirləşməmişdim ki, qalib olacam. Elə olsaydı mən də Nigar kimi anamla gələrdim, sevgililərimin hamısını ora yığardım.
Əməkdar artist daha sonra bir neçə gün bundan əvvəl İradə İbrahimova ilə yaşadığı söz savaşına reaksiya verib:
“İradənin də iki uşağı var. Ərinə desəm gəlib sürüyüb evinə aparacaq. Gedib evlərində otursunlar. Mən onsuz itirdiyimi itirmişəm. İslanmışın yağışdan nə qorxusu? Amma sizin qorxunuz var. Biriniz ərdə, digəriniz bilinmir hardasız”.
Qeyd edək ki, N.Odabaşı Röyanın “Yolun açık olsun” , Nigar Camalı isə “Herhelde” kliplərinin rejissoru olub.
S.Xankişiyeva