Azərbaycanlı cüdoçu beynəlxalq turnirdə medal qazandı | 1news.az | Xəbərlər
İdman

Azərbaycanlı cüdoçu beynəlxalq turnirdə medal qazandı

09:38 - 18 / 12 / 2017
Azərbaycanlı cüdoçu beynəlxalq turnirdə medal qazandı

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Masters” yarışına yekun vurulub.

1news.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov 3-cü yer uğrunda mübarizədə ev sahibi Kiril Denisova qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunub.

Xatırladaq ki, yarışın ilk günü Hidayət Heydərov da (73 kq) bürünc medal qazanıb.

S.Xankişiyeva

 

Paylaş:
745

Son xəbərlər

Bütün xəbərlər