ABŞ-da qatar relsdən çıxıb: 77 nəfər xəsarət alıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da qatar relsdən çıxıb: 77 nəfər xəsarət alıb - YENİLƏNİB

22:23 - 18 / 12 / 2017
ABŞ-da qatar relsdən çıxıb: 77 nəfər xəsarət alıb - YENİLƏNİB

ABŞ-ın Vaşinqton ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində azı 77 nəfər xəsarət alıb.

1news.az-ın xəbərinə görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdən bildirilib.

21:52

ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxıb.

1news.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qatarın Sietl - Portlend marşrutu ilə hərəkət etdiyi bildirilir.

İlkin məlumata əsasən, qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. İnsident nəticəsində yaralananların olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat yoxdur.

1news.az

Paylaş:
628

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər