Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

23:34 - 18 / 12 / 2017
Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol “karniz”lərinin içərisində 355 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
715

Son xəbərlər

Bütün xəbərlər