Samsung Galaxy A8-in – FOTOLARI | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung Galaxy A8-in – FOTOLARI

11:18 - 18 / 12 / 2017
Samsung Galaxy A8-in – FOTOLARI

2018-ci ilin əvvəlində “Samsung” şirkəti Galaxy A seriyasının yeni modellərini təqdim etməlidir.

1news.az-ın technote.az-a istinadla verdiyi xəbərə görə, sözügedən smartfon seriyasında bəzi dəyişikliklər olacaq.

Belə ki, şirkət Galaxy A7 əvəzinə Galaxy A8 və A8+ modellərini təqdim edəcək. Xarici görünüşcə Galaxy A8 Galaxy S8-ə bənzəyəcək. Onun ekranının ətrafındakı çərçivələr nazik olacaq, ekranın nisbəti isə 18:9-a təşkil edəcək. Barmaq izi skanı arxa paneldə yerləşən kameranın altında yerləşəcək.

Həmçinin smartfon ənənəvi 3.5 mm-lik audiogirişi də özündə saxlayacaq. Texniki göstəricilərə gəldikdə isə smartfon 5.5 inç (Galaxy A8) və 5.7 inç (Galaxy A8+) Super AMOLED Full HD ekran, 2.2 GHz tezlikli Exynos 7885 prosessoru, 6 GB RAM, 64/256 GB daxili yaddaş, f/1.7 diafraqmalı 16 MP-lik kamera, biri 16 MP, digəri isə 8 MP-lik olan ikili ön kamera ilə təchiz olunacaq.

S.Xankişiyeva

Paylaş:
1262

Son xəbərlər

Bütün xəbərlər