Ərdoğan və Mey Qüds məsələsini müzakirə ediblər | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan və Mey Qüds məsələsini müzakirə ediblər

09:26 - 19 / 12 / 2017
Ərdoğan və Mey Qüds məsələsini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

1news.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, tərəflər ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını müzakirə ediblər.

Tərəflər razılığa gəliblər ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqdəki böhranı sülh yolu ilə həll etmək üçün səy göstərməlidir.

Ərdoğan və Mey bölgədə sülh prosesini təhlükə altına alan yeni gərginliyin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması regionda təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.

S.Xankişiyeva

 

Paylaş:
543

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər