Bakı Ağ Şəhər yeni yaşayış məhəlləsinin təhvilinə hazırlaşır - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Ağ Şəhər yeni yaşayış məhəlləsinin təhvilinə hazırlaşır - FOTO

22:00 - 19 / 12 / 2017
Bakı Ağ Şəhər yeni yaşayış məhəlləsinin təhvilinə hazırlaşır - FOTO

2017-ci ildə Bakı Ağ Şəhərdə böyük həcmdə tikinti, quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb.

Bu barədə 1news.az-a “Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən açıqlama verilib.

Məlumata əsasən, hazırda Ağ Şəhərin ərazisinə görə ən böyük olan Babək məhəlləsinin qərb hissəsində tikinti işləri başa çatır. Burada layihələndirilmiş 7 mərtəbəli klassik üslublu “Paris evləri”nin tikintisi tamamlanıb və hazırda abadlıq-quruculuq və yaşıllaşdırma işləri yekunlaşır.

Orta hündürlüklü binalarla layihələndirilmiş bu sakit rayon yaşayış üçün ideal məkandır. Burada sakinlərin rahatlığı və dolğun istirahətləri üçün hərtərəfli şərait yaradılır. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü və yeraltı avtodayanacaq mövcuddur. Məhəllələrin təhlükəsizliyi də kameralar vasitəsilə diqqətdə saxlanılır. “Paris evləri”ndə dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet və İPTV xətləri əlaqədar qurumlar tərəfindən çəkilir.

Ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Ağ Şəhər – 2” elektrik yarımstansiyası inşa edilir və “Ağ Şəhər – 1” yarımstansiyası ilə bir halqaya qoşulması nəzərdə tutulur.

Layihə çərçivəsində, həmçinin Xaqani Rüstəmov, Süleyman Vəzirov, Mərkəzi Bulvar küçələrinin və onlarla kəsişən bir neçə küçənin əsaslı şəkildə yenidənqurma işləri, ərazidə yeni yeraltı piyada keçidinin tikintisi yerinə yetirilib.

Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirəcək, Ağ Şəhər bulvarına qədər uzanan Xəqani Rüstəmov küçəsinin yenidən qurulması işləri tamamlanıb. Ağ Şəhərin əhəmiyyətli küçələrindən sayılan Süleyman Vəzirov və layihənin mərkəzindən keçən Mərkəzi Bulvar küçələri də əsaslı şəkildə yenidən qurulur. Küçələrdə kanalizasiya xətləri ilə yağış suları ötürücüləri çəkilib. Bu küçələr Ağ Şəhərin təkrarolunmaz üslubunu əks etdirən xüsusi detallarla bəzənir. Küçələrin adları səkilərdə daş nişanlarla qeyd edilib. Vətəndaşların rahatlığı üçün burada yol göstəriciləri və xəritələr quraşdırılır. Yollarda piyadalar, əlillər və xüsusi qayğıya ehtiyacı olanlar üçün ilk dəfə piyadanın üstünlüyünü qeyd edən yüksəldilmiş piyada keçidləri təmin edilib. Avtomobillər üçün xüsusi dayanacaq yerlərinin olması piyadaların təhlükəsiz və sərbəst gediş-gəlişinə imkan verir.

Xaqani Rüstəmov, Süleyman Vəzirov, Mərkəzi Bulvar küçələrinin kəsişməsində yeni özünəməxsus dizaynlı dairə də inşa olunub. Diametri 65 metr olan bu dairə Ağ Şəhərə layihənin qərb hissəsindən girişi təcəssüm etdirir.

Dairədən Mərkəzi Bulvar küçəsi istiqamətində şəhər sakinlərinin dincəlməsi və uşaqların əyləncəsi üçün bağ salınır. Eyni zamanda, 6800 kvadratmetr sahəsi olan bağ üçün xüsusi işlənilmiş landşaft dizaynına uyğun müxtəlif ağaclar əkilir, uşaqların əyləncəsi üçün oyun meydançası salınır. Ağ Şəhər ərazisindəki ağaclar köçürülərək bu bağda əkilir, beləliklə də ağaclara yeni həyat verilir.

Burada çinli heykəltəraş Liu Yangın əsəri olan “Xəzər dənizi” heykəli qoyulub. Heykəl 2017-ci ilin sentyabrında "Daşın nəğməsi" ikinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunub.

İllər keçdikcə, Bakı Ağ Şəhər ərazisində görülmüş kompleks tədbirlər tədricən Qara şəhəri tarixə çevirərək buranı şəhərimizin müasir mərkəzlərindən biri edir.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2006-ci il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilən “Bakı Ağ Şəhər” layihəsi ötən ilin sonunda Yaşıl Ada kvartalının ilk məhəllələrini vətəndaşlara təhvil verib. Rahatlığı və müasir yaşayış standartlarına cavab verməsi ilə seçilən “Paris evləri”nin ilk sakinləri artıq mənzillərində məskunlaşıblar.

1news.az

Paylaş:
1920

Son xəbərlər

NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11
Bütün xəbərlər