Ayağı kəsildi, 8 saatdan sonra bərpa edildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ayağı kəsildi, 8 saatdan sonra bərpa edildi - VİDEO

10:59 - 19 / 12 / 2017
Ayağı kəsildi, 8 saatdan sonra bərpa edildi - VİDEO

Bədbəxt hadisələrdən heç kəs sığortalanmayıb. Hazırda tibb xeyli inkişaf edib ki, bununla da bir çox problemləri həll etmək mümkündür.  Bu çərçivədə Azərbaycanda daha bir unikal əməliyyat baş tutub.

1news.az  xezerxeber.az-a istinadən məlumat verir ki, baldırdan qopan ayaq bərpa edilib. Həkimlər xəstənin bir müddət sonra əvvəlki kimi ayağa qalxa biləcəyini deyir. Kəsilən ayaq 8 saatdan sonra bərpa edildi.

İstehsalat qəzası zamanı 30 yaşlı oğlanın ayağı baldır nahiyyəsindən kəsilib. Həkimlər ayağın qanqren olacağından ehtiyat etdiklərindən onu kəsilən yerdən tamamilə qoparıblar.

Beləliklə, sol ayağının əsas hissəsini itirən oğlanın təkidiylə xəstə yaxınları onu başqa xəstəxanaya köçürüblər. Müayinə zamanı məlum olub ki, qəza zamanı ayağı ciddi şəkildə ziyan görsə də, amputasiyaya ehtiyac yox imiş. 8 saatdan sonra o, ikinci əməliyyata girib.

Ayağın bərpa olunması əməliyyatı 7 saat çəkib. Sağlam ayaqdan alınan dəri vasitəsiylə kəsik nahiyənin estetikası həyata keçirilib. Ayaqda 8-9 sm-ə yaxın qısalma yaranıb.

Artıq evə buraxılan xəstə, 1 il yarımdan sonra əvvəlki sağlamlığına qovuşacaq. Həkim Elviz Qasımovun sözlərinə görə, əvvəllər kəsilən ayaq ən qısa müddətdə bərpa olunmalıydı. Hazırda tibb o qədər inkişaf edib ki, ölən toxumaların bərpası hətta 8 saatdan sonra da mümkündür. Əksər bədbəxt hadisələr zamanı kəsilərək qopan bədən üzvünü bərpa etmək olur. Belə hallarda xəstə ilə birlikdə qopan nahiyyənin də ən qısa müddətdə təhlükəsiz şəraitdə xəstəxanaya çatdırılması arzuolunandır.

1news.az  

Paylaş:
1443

Son xəbərlər

Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07
Bütün xəbərlər