Azərbaycanlı aktrisa ərinin keçmiş arvadı tərəfindən məhkəməyə verildi – FOTO
Türkiyədə yaşayan və orada ailə həyatı quran azərbaycanlı aktrisa Cəmilə Tağızadə həyat yoldaşının keçmiş xanımı tərəfindən məhkəməyə verilib.
Qeyd edək ki, C.Tağızadə toydan sonra həyat yoldaşı – cərrah Murad Təmizin eks həyat yoldaşı tərəfindən ailəsinin dağılması ilə bağlı danışmışdı.
İndi isə aktrisa həyat yoldaşının keçmiş xanımı tərəfindən məhkəməyə verilib.
1news.az-ın verdiyi xəbərə görə, aktrisa bu barədə sosial şəbəkədə yazıb.
“Sizi heç sosial şəbəkələrdə fotoşəkil paylaşdığınıza görə məhkəməyə veriblər? Məni, hə, məhkəməyə veriblər. Bilirsiniz, kim? Həyat yoldaşımın keçmiş arvadı! Baxmayaraq ki, qadın həm mənim “Facebook”, həm də “Instagram” səhifəmdə “blok”dadır”.
Mən onunla bağlı heç bir paylaşım etməmişəm. Onun mənə yazdıqlarına rəğmən, bir dəfə də olsun, cavab verməmişəm. Amma məndən şikayəti var. Sən demə, xanımı öz ailə və həyat yoldaşımla paylaşdığım fotoşəkillərlə narahat etmişəm. Bizim günümüz məhkəmələrdə keçir. Allah mənə səbir versin. Biz də onu məhkəməyə verəcəyik və məsələ uzansa, təzminat tələb edəcəyik. Özü də çox böyük məbləğdə. Səbir edirəm, başqa çarə yoxdur”.
S.Xankişiyeva