Cavad Zərif: Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını inkişaf etdirəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Cavad Zərif: Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını inkişaf etdirəcəyik

13:21 - 20 / 12 / 2017
Cavad Zərif: Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını inkişaf etdirəcəyik

“Azərbaycan, Türkiyə və İran birgə tarixi ənənələrə malikdir”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan və Türkiyənin XİN başçıları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, üçtərəfli format çox vacibdir:

“Tranzit, enerji və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək”.

1news.az

Paylaş:
793

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər