Bəyanat: İnsanların məskunlaşdığı ərazilərə ballistik raket atılması beynəlxalq qanunların pozulmasıdır | 1news.az | Xəbərlər
Dünya

Bəyanat: İnsanların məskunlaşdığı ərazilərə ballistik raket atılması beynəlxalq qanunların pozulmasıdır

16:17 - 20 / 12 / 2017
Bəyanat: İnsanların məskunlaşdığı ərazilərə ballistik raket atılması beynəlxalq qanunların pozulmasıdır

Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyasının rəsmi sözçüsü polkovnik Türki əl-Malikini Husi silahlı qruplaşmasının Səudiyyə Ərəbistanı Krallığının  paytaxtı tərəfə atdığı ballistik raketlə bağlı bəyanatla çıxış edib.

1news.az-a Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyindən daxil olan bəyanatda deyilir ki, bu gün (19 dekabr 2017-ci il) saat 13:39-da Koalisiyanın havadan müdafiə qüvvələri Yəmən ərazisindən Krallığın ərazisinə ballistik raket atıldığını müşahidə edib.

Türki əl-Maliki bildirib ki, raket paytaxt ər-Riyada tərəfə istiqamətlənib, dağınıq və kor-koranə formada atılaraq insanların məskunlaşdığı mülki bölgələri hədəf alıb:

"Patriot" bölüyü raketi ər-Riyad şəhərinin cənub tərəfində dəf edib, onun dəf olunması nəticəsində qəlpələri ətrafa səpələnməsi heç bir canlı tələfata səbəb olmayıb”.

 Türki əl-Maliki əlavə edib ki, İranın Husi silahlı qruplaşması tərəfindən törədilən bu təcavüz və kor-koranə akt sübut edir ki, bu ölkə Husi silahlı qruplaşmasını üstün silahlarla dəstəkləməkdə davam edir. Bu fəaliyyətlər BMT Təhlükəsizlik Şurasının 2216 və 2231 saylı qərarlarının açıq-aşkar surətdə pozulmasıdır. Onun məqsədi Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyinə, eləcə də regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaratmaqdır. İnsanların məskunlaşdığı şəhər və kəndlərə ballistik raket atılması beynəlxalq humanitar qanunların pozulması hesab olunur.

Polkovnik beynəlxalq ictimaiyyəti, terrorçu və qanundankənar silahlı qruplaşmalara ballistik silah keçirən İranın kobud qanun pozuntularına qarşı ciddi addımlar atmağa, beynəlxalq norma və dəyərləri pozulmasına, regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaratmasına dəstək verənləri sorğu-suala çəkməyə çağırıb.

P.Sultanova

Paylaş:
748

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər