AXC-nin 100 illiyi ilə bağlı müsabiqə keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Cümhuriyyəti – 100” adlı elmi əsərlər müsabiqəsi keçiriləcək.
1news.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında bununla bağlı qərar qəbul olunub.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müsabiqənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA tərəfindən təşkil ediləcəyini bildirib.
Qeyd olunub ki, məqsəd ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək və gəncləri yeni elmi araşdırmalara cəlb etməkdir.
Müsabiqənin 35 yaşa qədər gənc tədqiqatçılar arasında keçirilməsi nəzərdə tutulur.
1news.az