Aİ ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclasının vaxtı məlum olub | 1news.az | Xəbərlər
Siyasət

Aİ ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclasının vaxtı məlum olub

19:21 - 20 / 12 / 2017
Aİ ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclasının vaxtı məlum olub

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclası gələn il fevralın 9-da keçiriləcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında deyilir.

Qeyd edək ki, əməkdaşlıq şurasının iclası ənənəvi olaraq Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair 4 alt komitənin iclasından sonra keçirilir.

1news.az

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər