Millət vəkili: “Bir dəfə sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir”

“Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun qəbul olunması hamı üçün vacibdir”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Tütünlə Mübarizə üzrə IV Milli Konfransda çıxışı zamanı deyib.
Millət vəkili qeyd edib ki, qanunun mahiyyəti tüstüsüz mühit yaratmaqdan ibarətdir.
“Qanun qəbul edilən zaman sulu qəlyanlarla bağlı mübahisələr yaranmışdı. Nəticədə sulu qəlyanlardan da istifadə qadağan edildi. Qeyd edim ki, bir sulu qəlyandan istifadə 200 siqaretin çəkilməsinə bərabərdir”.
P.Sultanova
543