Fəhriyyə Evcen ciddi xəstədir | 1news.az | Xəbərlər
Mədəniyyət

Fəhriyyə Evcen ciddi xəstədir

12:30 - 20 / 12 / 2017
Fəhriyyə Evcen ciddi xəstədir

Türkiyənin məşhur kino ulduzu Fəhriyyə Evcen yaxın günlərdə türk klinikalarından birinə müraciət edib.

Buna səbəb isə aktrisanın daimi baş ağrıları olub.

1news.az-ın Hurriyet-ə istinadla verdiyi xəbərə görə, müayinə zamanı məlum olub ki, Fəhriyyənin baş ağrılarının səbəbi onurğa sütunundakı problemlə əlaqədardır.

Həkimlərin təkidilə o, 20 seanslıq fizioterapiyaya başlayıb. Həmçinin həkimlər ona uzun müddət piyada gəzməyi də qadağan edib.

S.Xankişiyeva

 

Paylaş:
1845

Son xəbərlər

Bütün xəbərlər