Berndə Bakı şəhərinin “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Berndə Bakı şəhərinin “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib – FOTO

14:31 - 21 / 12 / 2017
Berndə Bakı şəhərinin “Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib – FOTO

Azərbaycanın İsveçrədəki səfirliyi paytaxt Bern şəhərində 2025-ci il Ümumdünya EXPO Sərgisinə ev sahibliyi etməyə Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar geniş təqdimat mərasimi keçirib

1news.az-ın məlumatına görə, Bern şəhərinin məşhur “Bellevue“ otelində təşkil olunan mərasimə İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, habelə işgüzar dairələrin və ictimaiyyətin aparıcı simaları və eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri qatılıblar.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova ölkəmizin müstəqillik dövründə keçdiyi inkişaf yolundan, xüsusilə son dövrlərdə əldə etdiyi nailiyyətlərdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlardan, Strateji Yol xəritələrinin reallaşdırılması vasitəsilə iqtisadiyyatın şaxələndirilməsindən bəhs edib.

Səfir respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan, ölkəmizdə keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlərdən də söz açıb. Bakının ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Avroviziya” musiqi müsabiqəsi və Formula-1 yarışmasına ev sahibliyi etdiyini bildirən səfir, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi altında ölkəmizin çoxsaylı humanitar layihə və tədbirlərin də ev sahibinə çevrildiyini diqqətə çatdırıb, əsası 2008-ci ildə qoyulan mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi” ilə Azərbaycanın dünyada mədəniyyətlər və dinlər arasında dialoqa mühüm töhfə verdiyini xatırladıb.

Ölkəmizin “Ekspo-2025” Ümumdünya Sərgisi üçün seçdiyi mövzunun – “İnsan kapitalının inkişafı”nın dövrümüz üçün çox aktual olduğunu vurğulayan səfir, İsveçrənin özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini söyləyib.

Xanım İbrahimova tədbirə toplaşanların diqqətinə çatdırıb ki, “Ekspo-2025”ə ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi bu sərgilərin coğrafiyasını həm ziyarətçi, həm də ev sahibliyi edən ölkələr baxımından genişləndirəcək.

Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırıb. Xanım İbrahimova “Ekspo-2025” Ümumdünya Sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulayıb.

Səfir tədbirə toplaşanları öz ölkələrini Bakının namizədliyini dəstəkləməyə təşviq etməyə çağırıb.

Xanım İbrahimova qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bu ölkədə yaşayan soydaşlarımızı təbrik edib, Azərbaycanın rifahı və inkişafı naminə hamını birlik və həmrəyliyə çağırıb, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında və diaspor fəaliyyətinin gücləndirilməsində uğurlar arzulayıb.

İsveçrə-MDB birgə Ticarət Palatasının icraçı direktoru Dorit Sallis bildirib ki, Azərbaycanın inkişafı, Bakıdakı infrastruktur, ölkənin füsunkar təbiəti və tarixi, insanların qonaqpərvərliyi sayəsində Bakı “Ekspo-2025“ üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq.

Azərbaycana ilk dəfə 2003-cü ildə səfər etdiyini xatırladan D.Sallis indiyədək dəfələrlə ölkəmizdə olduğunu və qəlbən özünü Azərbaycana çox yaxın hiss etdiyini bildirib. Ticarət Palatasının rəhbəri qeyd edib ki, Azərbaycan və İsveçrə arasında ikitərəfli iqtisadi münasibətlərin inkişafı onun işinin tərkib hissəsi olduğuna görə, ötən dövrdə ölkəmizlə yaxından tanış olmaq imkanı qazanıb:

“Azərbaycan böyük resurslara malik gözəl ölkədir. Bu resurslar təkcə neft və qaz kimi təbii sərvətlərlə məhdudlaşmır. Mən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və yerli məhsulların dünya bazarına çıxarılmasında böyük potensial görürəm. Ölkə müasir innovasiyalar və informasiya texnologiyalarının inkişafına ciddi maraq göstərir. Hesab edirəm ki, yaxşı təhsil görmüş peşəkar insanlar sayəsində Azərbaycan bu sahələrdə də güclü ölkəyə çevriləcək”.

Sonra “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə namizəd olan Bakı şəhəri barədə hazırlanmış videoçarx nümayiş etdirilib.

Daha sonra qonaqlar Azərbaycanın tanınmış pianoçusu Adilə Əliyevanın ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini dinləyiblər.

Tədbir çərçivəsində beynəlxalq və milli mətbəximizin nümunələrindən ibarət ziyafət verilib.

1news.az

Paylaş:
639

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər