Bu gün Azərbaycana qış gəlir...

Qış Azərbaycana dekabrın 21-i yerli vaxtla saat 20:27-də qədəm qoyacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər.
Bu tarixdə payız fəsli başa çatacaq. Dekabrın 21-dən 22-nə keçən gecə ilin ən uzun gecəsi olacaq. Gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə davam edəcək.
1news.az
936