FHN-dən Dəmir Yolu Vağzalındakı bomba xəbəri ilə bağlı açıqlama

Fövqəladə Hallar Nazirliyi Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yayıb.
Nazirkdən 1news.az-a verilən məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılb.
Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
1news.az