Səfir: Cakartada Azərbaycan Mədəniyyət və Dil Mərkəzi fəaliyyətə başlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfir: Cakartada Azərbaycan Mədəniyyət və Dil Mərkəzi fəaliyyətə başlayacaq

10:06 - 21 / 12 / 2017
Səfir: Cakartada Azərbaycan Mədəniyyət və Dil Mərkəzi fəaliyyətə  başlayacaq

"2017-ci ildə Azərbaycan və İndoneziya arasında xüsusilə iqtisadi və mədəniyyət sahələrində əlaqələr əvvəlki illərlə müqayisədə daha da inkişaf edib".

1news.az xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani deyib.

 O bildirib ki, İl ərzində idxal və ixracata dair qeydə alınan statistik rəqəmlər bu inkişafın əsas göstəricisidir: “2015-2016-cı illərdə bu rəqəm 19 milyon təşkil edirdisə, cari ildə bu rəqəm 46 milyon dollara çatıb”.

 Diplomat Azərbaycan və İndoneziya  arasında əlaqələrin inkişafında azərbaycanlı gənclərin rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, 2018-ci ildə  İndoneziya Azərbaycanla əsasən təhsil və akademik sahələrdə əlaqələrin inkişafına çalışacaq. "Gələn il  Cakartada Azərbaycan Mədəniyyət və Dil Mərkəzi fəaliyyətə  başlayacaq. İndiyə kimi Bakıda iki dəfə İndoneziya Mədəniyyət  Füstival keçirilib. Gələn ilin sentyabr-oktyabr aylarında Azərbaycanda növbəti İndoneziya Mədəniyyət  Festivalı keçirməyi  planlaşdırırıq. Eyni zamanda  qarşılıqlı səfərlər, iş adamları arasında əməkdaşlıq, təqaüd proqramlarının həyata keçirilməsinə çalışacağıq".

P.Sultanova

 

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər