BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb
BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbul edilməməsi ilə bağlı qətnaməsini qəbul edib.
1news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9 - əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.
Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ölkəsi BMT-nin Qüdsün İsrailin paytaxtı kimi tanımaması qətnaməsini dəstəkləyən ölkələrə malliyyə yardımını dayandıracaq.
1news.az
640