Paraqvay parlamenti Xocalı soyqırımını tanıyıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Paraqvay parlamenti Xocalı soyqırımını tanıyıb - FOTO

12:05 - 21 / 12 / 2017
Paraqvay parlamenti Xocalı soyqırımını tanıyıb - FOTO

Paraqvay Milli Konqresinin Deputatlar Palatası 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımının pislənilməsi və 26-cı ildönümünün anılması münasibətilə həmrəyliyin ifadə edilməsi barədə bəyanat qəbul edib.

1news.az-ın məlumata görə, bəyanatda qeyd edilir ki, Xocalı qətliamı Ermənistan və Azərbaycan arasındakı münaqişənin hərbi fazasının üç ili ərzində mülki əhalinin məruz qaldığı ən böyük hücum olub, nəticədə etnik xarakterli səbəblərə görə 63 uşaq, 106 qadın və 70 yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirilib, 1275 sakin əsir düşüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil; bundan əlavə, 76-sı uşaq olmaqla, 487 nəfər Xocalı sakini şikəst edilib, 26 uşaq hər iki valideynini və 130 uşaq isə valideynlərindən birini itirib. Bu faktın Azərbaycanın müxtəlif qurumları və müstəqil mənbələr tərəfindən tam sənədləşdirildiyi qeyd olunub.

Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislədiyi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən silahlı işğalının qınanıldığı, həmçinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə etdikləri vurğulanıb.

Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli Qətnamələr təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq etdiyi bildirilir.

Deputatlar Palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pislədiyini və bu insanlıq əlyehinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdiyini bəyan edib.

1news.az   

 

 

Paylaş:
833

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər