BANM-da “Mühəndis Günləri 2017” adlı tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-da “Mühəndis Günləri 2017” adlı tədbir keçirilib

09:40 - 22 / 12 / 2017
BANM-da “Mühəndis Günləri 2017” adlı tədbir keçirilib

Bakı Ali Neft Məktəbində(BANM) Gənc Mühəndislərin İnkişafı İctimai Birliyi (GəncMİİB)  və “MA Engineering Academy”-nin təşkilatçılığı ilə  “E-Days'17” (Mühəndis Günləri 2017) adlı tədbir keçirilib.

1news.az-a BANM-dan verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd sənayenin  ən qabaqcıl şirkətlərinin mütəxəssislərinin tədbirdə iştirak edərək öz təcrübə və biliklərini iştirakçılarla paylaşmasını təmin etmək olub.  Tədbirdə BANM-ın rəhbərliyi və tələbələri, sahənin aparıcı şirkətlərinin nümayəndələri, həmçinin müxtəlif universitetlərin tələbələri iştirak ediblər.

Tədbirdə BANM-ın rektoru Elmar Qasımov qonaqları salamlayıb, GəncMİİB – in gənc mühəndislərin inkişafında əhəmiyyətli rolundan danışıb və onun fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.

GəncMİİB-in sədri Yusif Yusifov da tədbir iştirakçıları salamlayıb və BANM-ın rəhbərliyinə göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edib. Daha sonra GəncMİİB-in sədr müavini Zaur Mirzalıyev təşkilatın fəaliyyət istiqamətlərindən, gənc mühəndislərin bilik və bacarıqlarının artırılmasında olan rolundan danışıb. 

Tədbirdə BP-nin Xarici işlər şöbəsinin rəhbəri  Rəşad Bayramov, Balacans MMC-nin Keyfiyyət və Sətəm departamentinin  müdiri Nazim Məmmədov, BP-nin Mexanika mühəndislərinin komanda rəhbəri  İlkin Həmidov,  T&I Consultancy şirkətinin Araşdırma komandasının lideri Leyla Abdullayeva, BP-nin Elektrik mühəndisi Məhəmməd Əliyev və Keepface şirkətinin Texniki meneceri Elşad Yusifli spiker qismində çıxış edərək auditoriyaya müxtəlif maraqlı mövzularda prezentasiyalar ediblər.

 “Mühəndis Günləri 2017”-də etdiyi maraqlı çıxışlarına görə tədbirin spikerlərinə plaketlər təqdim olunub.

Tədbir boyunca müxtəlif şirkətlərin nümayəndələri və 200-dən çox tələbə eyni platformada görüşdürülərək  müxtəlif  problemləri müzakirə edib və ortaq həll yolu tapmaqla bağlı fikirlər səsləndiriblər.

  1news.az-az

1news.az

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər