Heydər Əliyev Fondu sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri təşkil edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri təşkil edib - FOTO

21:58 - 22 / 12 / 2017
Heydər Əliyev Fondu sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri təşkil edib - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Nərimanov rayonu ərazisində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi İnternat Məktəbində təhsil alan fiziki və əqli qüsuru olan uşaqlar üçün bayram tədbiri keçirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələri, rayon rəhbərliyi, təhsil müəssisənin müəllim və şagirdlərinin qatıldığı tədbiri açan internat məktəbinin direktoru İradə Vəzirova burada təhsil alan uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. O, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əqli və fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını vurğulayıb.

Məktəbin rəhbəri onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib. O, müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal təhsili, həmçinin onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib.

Həmçinin bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin, onun nəzdində fəaliyyət göstərən musiqi məktəbinin və rayondakı digər təhsil və səhiyyə ocaqlarının istifadəyə verilməsi bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində dövlətimiz tərəfindən görülən işlərin əyani göstəricisidir.

Fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyaclarının olduğunu, sağlamlıq imkanları məhdud uşaqların da məhz belə bir ehtiyacını bu cür yüksək səviyyədə qarşılayan xeyirxah insanların əməllərinin yüksək qiymətə layiq olduğunu bildirən Heydər Əliyev Fondunun nümayəndələri dövlətimiz tərəfindən davamlı şəkildə onlara belə qayğıların göstərildiyini diqqətə çatdırıb və bunu Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara sonsuz məhəbbətinin və qayğısının bariz nümunəsi kimi dəyərləndiriblər.

Şaxta Baba və Qar qızın uşaqları əyləndirdiyi şənlikdə onlar maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirib, şeirlər söyləyib və rəqs ediblər.

Bayram şənliyi tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirilib.

Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.

1news.az

Paylaş:
595

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər