Ziyafət Əsgərov: Avropa İttifaqı da anladı ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Ziyafət Əsgərov: Avropa İttifaqı da anladı ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur

14:05 - 23 / 12 / 2017
Ziyafət Əsgərov: Avropa İttifaqı da anladı ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son vaxtlar qəbul etdiyi qətnamələrə münasibət bildirib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Z.Əsgərov deyib ki, belə qətnamələrin qəbulu Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü düzgün xarici siyasətin nəticəsidir.

"Artıq Avropa İttifaqında da anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Burada bütün ölkələrə eyni cür yanaşma olmalıdır. Yoxsa birinin ərazi bütövlüyünün tanınması, digərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir".

O qeyd edib ki Azərbaycanın ərazi bütövlüyünü tanımaq və dəstək vermək Avropa İttifaqının birbaşa öhdəliyidir.

S.Xankişiyeva

 

 

Paylaş:
719

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər