Etilen-polietilen zavodunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Etilen-polietilen zavodunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb

18:52 - 23 / 12 / 2017
Etilen-polietilen zavodunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb

Sumqayıtda Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.

1news.az-a SOCAR-ın mətbuat xidmətindən verilən xəbərə görə, bu gün saat 12.30 radələrində zavodun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri - quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə əlavə məlumat veriləcək.

SOCAR rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

S.Xankişiyeva

 

Paylaş:
881

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər