“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı Düşənbədə tacik dilində çap edilib | 1news.az | Xəbərlər
Siyasət

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı Düşənbədə tacik dilində çap edilib

22:28 - 25 / 12 / 2017
“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı Düşənbədə tacik dilində çap edilib

Düşənbədəki “Şarki ozod” nəşriyyatı yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabını tacik dilində çap edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitabı tacik dilinə Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin dövlət himninin müəllifi, Xalq Şairi Qolnazar Keldi tərcümə edib.

Nəfis şəkildə tərtib olunmuş kitabda postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı, sadə və aydın dildə söhbət açılır, onun uğur fenomeni təhlil edilir.

Müəllif xalqımızın ümummilli lideri Heydər Əliyevi və Azərbaycan Prezidenti İlham Əliyevi yaxından tanıyan insanlardan aldığı müsahibələrdən geniş istifadə edib. Kitabda toplanan sənədlərin və faktların dili ilə Azərbaycan Prezidenti İlham Əliyev haqqında oxuculara ətraflı məlumat verilir, onun tanınmış siyasətçi obrazı yaradılır.

Qeyd edək ki, Qulnozar Keldinin tərcüməsində Elmira Axundovanın Ulu Öndər haqqında yazdığı 7 cilddən ibarət “Heydər Əliyev. Şəxsiyyət və zaman” və Nikolay Zinkoviçin “Həyatın keşməkeşləri” kitabları Tacikistan oxucularına çatdırılıb və populyarlıq qazanıb.

1news.az

Paylaş:
663

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər