Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası təsis edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası təsis edilib - FOTO

10:49 - 25 / 12 / 2017
Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası təsis edilib - FOTO

Bu günlərdə Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası (California Azerbaijan Friendship Association - CAFA) təsis edilib. Bu, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılarının yaratdığı, bütün ştatı əhatə edən ilk təşkilatdır. 

1news.az xəbər veir ki, 40 milyon əhalisi ilə ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniya ştatı 2.4 trilyon dollarlıq iqtisadiyyatı ilə nəinki ABŞ-da, dünya iqtisadi sistemində önəmli yerlərdən birini tutur. Həmçinin 1 milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən çox məskunlaşdığı məkanlardan biri kimi tanınmaqdadır. 

Assosiasiyanın təsis olunması Los Anceles şəhərində keçirilən, 200-dək qonağın qatıldığı geniş tədbir vasitəsilə elan olunub. Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı Kaliforniya ştat senatorları, şəhər merləri, şəhər şuralarının üzvləri, diplomatlar, tanınmış elm xadimləri (o cümlədən Nobel mükafatçısı Arieh Uorşel), həmçinin dost yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

Hər iki ölkənin himnləri səsləndirildikdən sonra çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Assosiasiyanın yaradılmasında əsas məqsədin Kaliforniyada yaşayan şimallı-cənublu bütün azərbaycanlıları, o cümlədən buradakı Azərbaycanın çoxlu sayda dostlarını birləşdirmək və Azərbaycan ilə Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da gücləndirmək olduğunu bildirib. Azərbaycan və Kaliforniya ştatı arasında mövcud olan dostluq əlaqələrindən danışan K.Məmmədova, bu dostluğun uzun illərdən bəri qarşılıqlı dəyərlərə və hörmətə əsaslanaraq genişləndiyini və Azərbaycan kimi Kaliforniyanın da müxtəliflik, multikulturalizm və tolerantlıq kimi dəyərlərə sahib olduğunu vurğulayıb. O qeyd edib ki, yeni təşkilat həmçinin burada fəaliyyət göstərən seçkili orqanlar, hökumət rəsmiləri və müxtəlif təşkilatlar və icmalar ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir. Təşkilatın fərdi ianələr hesabına maliyyələşəcəyini bildirən K.Məmmədova, İdarə Heyətinin üzvlərini təqdim edib və tədbirin keçirilməsinə göstərdikləri maliyyə dəstəyinə görə Azərbaycan icmasının fəalları Pəri Hovarda, Piruz Xanlıya, Əmir Allahverdiyə, eləcə də LT Scientific və Cal State HVAC şirkətlərinə təşəkkürünü bildirib.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev müxtəlifliyi və multikulturalizmi, o cümlədən iqtisadi göstəricilərinə görə ABŞ-ın ən qabaqcıl ştatlarından olan Kaliforniya ştatında belə bir təşkilatın yaradılmasını tarixi və əlamətdar hadisə adlandırıb. O, Kaliforniyada yaşayan Azərbaycan icması tərəfindən atılan bu addımı yüksək qiymətləndirdiyini, yeni təşkilatın soydaşlarımız arasındakı həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağına ümid etdiyini bildirib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Kaliforniya Ştat Senatorları Ben Allen və Coş Nyuman, Kaliforniyanın Volnat  (Walnut) şəhərinin meri Meri Su, Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez çıxış ediblər. Natiqlər ən müxtəlif etnik icmaların yaşadığı Kaliforniya kimi çoxmədəniyyətli ştatda Azərbaycan icmasının təşkilatlanmasının və Azərbaycan və Amerika xalqları arasında güclü körpülərin yaradılmasının və dostluğun gücləndirilməsinin yüksək önəmini qeyd edərək, CAFA-ya təbrik və arzularını çatdırıb, müvafiq təbrik bəyannamələrini təqdim ediblər.

Los Anceles meri Erik Qarsettinin imzaladığı təbrik bəyannaməsi Los Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi tərəfindən Kimiya Məmmədovaya təqdim olunub.

K.Məmmədova qeyd edib ki, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının yaradılması münasibətilə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Ed Roys, Kaliforniya Ştat Senatoru Stiven Brədford, Kaliforniya Ştat Assambleyası üzvləri Sebastian Ridli-Tomas, Şəron Quirk-Silva, Filip Çen və Los Anceles Şəhər Şurasının üzvü Mitçel Enqlander tərəfindən imzalanmış təbrik bəyannamələri də CAFA-ya göndərilib.

Tədbir Azərbaycan musiqisindən nümunələrin ifası və ziyafətlə yekunlaşıb.

1news.az

 

 

Paylaş:
762

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər