Futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlanır
Azərbaycanda futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlanır.
1news.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı məlumat verib. O, proqramın 2018 və ya 2019-cu ildə qəbul ediləcəyini bildirib: “Bununla bağlı iş gedir. Cənab prezidentin tapşırığına əsasən, müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir”.
Xatırladaq ki, bundan öncə də futbolun inkişafına dair Dövlət Proqramı qəbul olunmuşdu. Əvvəlki proqram 2005-2015-ci illəri əhatə edirdi.
1news.az
810