74 yaşlı qadının mədəsindən 150-dən artıq metal əşya çıxdı – FOTO – VİDEO
Həkimlər Buryatiya sakini olan 74 yaşlı qadının mədəsindən xeyli miqdarda metal əşya çıxarıblar.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, regional xəstəxanada müalicə alan qadının qəfil temperaturu qalxıb.
Müayinə zamanı qadının mədəsində yad cisimlərin olduğu məlum olub. Dərhal əməliyyat edilən yaşlı qadının mədəsindən 152 dəmir əşya: mismar, şrup, bolt, qayka, armatur qırıntıları və s. çıxarılıb.
Həmin əşyaların qadının mədəsinə necə düşməsi barədə məlumat verilmir. Xoşbəxtlikdən qadının daxili orqanları zədələnməyib.
1news.az
866