Livanlı taksi sürücüsü qısa ətək geyinən britaniyalı diplomatı zorlayaq öldürüb – FOTO
Livanlı taksi sürücüsü Tarek Xauçi maşınına əyləşən britaniyalı diplomat Rebekka Dayksı qətlə yetirib.
1news.az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə The Daily Mail məlumat yayıb.
Məlumata görə, polis tərəfindən tutulan taksi sürücüsü ifadəsində bildirib ki, Uber servisinə edilən zəngdən sonra turistlər arasında məşhur olan barlardan birinə gəlib.
Qadın diplomat maşına əyləşərək gedəcəyi ünvanı söyləyib. Qısa ətək geyinən 30 yaşlı qıza gözü düşən Tarek maşını insanların olmadığı yerə sürərək onu zorladıqdan sonra meyitini yolun kənarına atıb.
Qeyd edək ki, Rebekka Days 2017-ci ilin yanvarından Böyük BritaniyanınLivandakı səfirliyində işləyirdi. Qətlə yetirildiyi gün isə Yeni ili ailəsi ilə birgə qarşılamaq üçün vətəninə getməli idi.
1news.az