Moskvada fabrikdə atışma: ölən və yaralılar var - YENİLƏNİB
Bu gün Moskvanın cənub şərqində baş verən atışmanın detalları məlum olub.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisəni “Menşevik” fabrikinin keçmiş direktoru İlya Averyanov törədib.
Həmin şəxs saxta sənədlərlə fabrikin əlindən alındığı və müflis edildiyi üçün bu addımı atdığını bildirib.
O müştərilərə atəş açıb. Bir nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədə ölən şəxs təhlükəsizlik xidməti əməkdaşı Aleksey Kostikovdur. İlkin məlumata görə, o, atəş açan şəxsi dayandırmağa çalışarkən həlak olub.
Hazırda hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat aparılır.
Polis fabrikdə girovların saxlanıldığını barədə xəbərini təkzib edib.
Yaralılar barədə hələlik məlumat verilmir.
1news.az
12:40
Moskvanın cənub-qərb səmtindlə atışma olub, bir nəfər həlak olub.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, olay İlovayskaya, 20 ünvandakı “Menşevik” konditer fabrikində yaşanıb.
İlkinq məlumatlara görə, müəssisənin direktoru İlya Averyanov “Sayqa” karabinindən atəş açaraq kabinetində olan 3 nəfəri yaralayıb, 3 nəfəri də girov götürüb.
Yaralılardan biri - mühafizəçi, 31 yaşlı Aleksey Kostikov bir qədər sonra dünyasını dəyişib.
Yaralananlar arasında fabrikin borclarına görə məhkəmə qərarının icrası üçün “Menşevik”ə yollanmış məhkəmə icraçıları da var.
Polis fabrki mühasirəyə alıb. Fabrikin direktoru İlya Averyanov girov götürdüyü şəxsləri buraxmaq istəmir.
1news.az