Azərbaycanda iki dövlət agentliyi yaradılıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda iki dövlət agentliyi yaradılıb

20:27 - 12 / 01 / 2018
Azərbaycanda iki dövlət agentliyi yaradılıb

Prezident İlham Əliyev yanvarın 12-də “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.

1news.az-ın məlumatına görə, Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 145 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 100 ştat vahidi, Dövlət Dəniz Agentliyinin işçilərinin say həddi 65 ştat vahidi, Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 18 ştat vahidi, nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi müəyyən edilib.

Fərmana əsasən Dövlət Dəniz Administrasiyasının tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxs statusu ilə Dövlət Dəniz Agentliyinin tabeliyinə, Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində olan Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi isə publik hüquqi şəxs statusu ilə Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyinə verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin direktorlarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

1news.az

Paylaş:
661

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər