Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

20:42 - 15 / 01 / 2018
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 140-190, Lənkəran-Astara bölgəsi çaylarında  100-200, Naxçıvan MR çaylarında isə 220  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, yanvarın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 218 m3/s olmaqla ongünlük normanın 136 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 47 m3/s təşkil edərək ongünlük normanın 70  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 15-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyan və Bankə məntəqələrində 4 sm azalma, lakin  Surrada 2, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 377 sm (2017-ci il yanvarın 15-də 447 sm), Şirvanda 247 sm (2017-ci il yanvarın 15-də 351 sm), Salyanda 199 sm (2017-ci il yanvarın 15-də 297 sm), Bankədə 211 sm (2017-ci il yanvarın 15-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 108 sm (2017-ci il yanvarın 15-də 173 sm) təşkil edir. 

1news.az

Paylaş:
192

Son xəbərlər

Bütün xəbərlər