Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib

18:15 - 18 / 01 / 2018
Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev T.Ə.Bünyadovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə Teymur Əmiraslan oğlu Bünyadov “Şərəf” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
942

Son xəbərlər

Bütün xəbərlər