Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi səlahiyyətini verən qanun qüvvəyə minib | 1news.az | Xəbərlər
Rəsmi

Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi səlahiyyətini verən qanun qüvvəyə minib

20:37 - 18 / 01 / 2018
Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi səlahiyyətini verən qanun qüvvəyə minib

Bələdiyyələrə qəbiristanlıqların idarə edilməsi sahəsində səlahiyyət verilməsini nəzərdə tutan qanun qüvvəyə minib.

1news.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı bu gün “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiqi haqqında” fərman imzalayıb.

Bundan sonra bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların idarə olunması, saxlanılması və köçürülməsi, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır.

1news.az

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər