Şəhriyar Məmmədyarov: Liderlər arasında olmaq çox maraqlıdır | 1news.az | Xəbərlər
İdman

Şəhriyar Məmmədyarov: Liderlər arasında olmaq çox maraqlıdır

13:39 - 20 / 01 / 2018
Şəhriyar Məmmədyarov: Liderlər arasında olmaq çox maraqlıdır

İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında vahid liderə çevrilən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

VI turda qara fiqurlarla hindistanlı Adhiban Başkaranı yenən Məmmədyarov növbəti görüşlərdə də bu qaydada davam etməyə çalışacağını bildirib. O, 6 turdan sonra liderliyə yüksəlməsini belə dəyərləndirib: "Liderlər arasında olmaq çox maraqlıdır. Növbəti görüşlərin də maraqlı keçəcəyini gözləyirəm. Özümdən asılı olan hər şeyi edəcəyəm".

Qeyd edək ki, bu gün keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Hazırda Məmmədyarovun 4,5 xalı var.

S.Xankişiyeva

 

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər