Millətlər Liqasının püşkatma mərasimi canlı yayımda | 1news.az | Xəbərlər
Futbol

Millətlər Liqasının püşkatma mərasimi canlı yayımda

18:59 - 23 / 01 / 2018
Millətlər Liqasının püşkatma mərasimi canlı yayımda

Sabah İsveçrənin Lozanna şəhərində atılacaq UEFA Millətlər Liqasının püşkatma mərasimi canlı yayımlanacaq.

1news.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasim “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, Millətlər Liqasında oyunlar bu il sentyabrın 6-8-də başlayacaq. Millimiz D divizionunda mübarizə aparacaq.

Əlavə edək ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədovla millimizin baş məşqçisi Qurban Qurbanov iştirak edəcək.

1news.az

Paylaş:
947

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər