Prezident İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşüb - FOTO

20:24 - 23 / 01 / 2018
Prezident İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşüb - FOTO

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

1news.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan ilə Gürcüstanın həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətindən danışıldı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulan görüşdə TANAP layihəsinin uğurla icra olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

1news.az

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər