“Neftçi”dən bir gündə iki məğlubiyyət | 1news.az | Xəbərlər
Futbol

“Neftçi”dən bir gündə iki məğlubiyyət

20:53 - 25 / 01 / 2018
“Neftçi”dən bir gündə iki məğlubiyyət

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyunlarını keçirib.

1news.az-ın  məlumatına görə, Tərlan Əhmədovun komandası gün ərzində keçirdiyi hər iki sınaq oyununda uduzub. Əvvəlcə Rumıniya təmsilçisi “Konkordiya” ilə qarşılaşan paytaxt klubu 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Neftçi” günün ikinci qarşılaşmasında Bolqarıstan “Slaviya”sı ilə üz-üzə gəlib. “Ağ-qaralar” bu görüşdə də eyni hesabla uduzub.

Qeyd edək ki, “Neftçi” Antalya toplanışı çərçivəsində ilk yoxlama matçında “SKA-Xabarovsk”a (Rusiya) 1:8 hesabı ilə məğlub olub.

25 yanvar

Yoxlama oyunları

“Neftçi” – “Slaviya” - 0:1

“Neftçi”: Rəşad Əzizli, Anton Krivotsyuk, Ruslan Abışov (k), Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Rəhman Hacıyev, Elnur Süleymanov, Namik Ələskərov, Fransisko Qarsia, Mirabdulla Abbasov.

Ehtiyat oyunçular: Səlahət Ağayev, Fərid Abbaslı, Kirilo Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, Emin Mahmudov, İqnasio Errera, İqor Sikorski.

“Neftçi” – “Konkordiya” - 0:1

“Neftçi”: Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Fərid Abbaslı, Kirill Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, Emin Mahmudov (k), İqnasio Errera, Ednan Muniz, İqor Sikorski

Ehtiyat oyunçular: Rəşad Əzizli, Ruslan Abışov, Anton Krivotsyuk, Rəşad Sadiqov, Derlis Meza Kolli, Elnur Süleymanov, Rəhman Hacıyev, Fransisko Qarsia, Mirabdulla Abbasov

1news.az

Paylaş:
820

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər