Prezident İlham Əliyev honduraslı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev honduraslı həmkarını təbrik edib

18:16 - 26 / 01 / 2018
Prezident İlham Əliyev honduraslı həmkarını təbrik edib

Prezident İlham Əliyev Honduras Respublikasının prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Honduras Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

1news.az

Paylaş:
922

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər