Gənclər Fondu BMT-də təsis olunan mükafata layiq görülüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər Fondu BMT-də təsis olunan mükafata layiq görülüb – FOTO

14:20 - 31 / 01 / 2018
Gənclər Fondu BMT-də təsis olunan mükafata layiq görülüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı (UNDP) və Bahreyn Krallığının təşəbbüsü və tərəfdaşlığı ilə təsis edilmiş “Davamlı inkişafa nail olmaq üçün Gənclərin Gücləndirilməsi” King Hamad mükafatına layiq görülüb.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda 30-31 yanvar 2018-ci il tarixlərində Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Qərərgahında BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumunda elan edilib.

Müsabiqənin əsas məqsədi gənclərə motivasiya və diqqət göstərən, innovativ fikirləri dəstəkləyən və onları təşviq edən qurumları aşkar etmək və onların fəaliyyətini hərtərəfli araşdıraraq yüksək nailiyyətləri olan qurumları mükafatlandırmaqdır. Eyni zamanda bu təşəbbüs gənclərə daha yaxşı gələcəyi təmin etmək məqsədi daşıyan Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq vəzifəsini daşıyır. Müsabiqədə iştirak edən hər bir nominantın DİM-lərin nail olunması istiqamətindı əhəmiyyətli nailiyyətlərinin olması vacib şərtdir. 

Bu təşəbbüs dünyanın bütün ölkələrinə müraciət üçün açıq olmuş və ümummilikdə dünyanın 87 ölkəsindən dövlət və qeyri-hökumət təşkilatları iştirak etmişlər. Azərbaycan Gənclər Fondu dövlət qurumları nominasiyasında qalib gəlmişdir.

Seçim xüsusi ixtisaslaşmış münsiflər heyəti tərəfindən həyata keçirilmişdir. Münsiflər heyəti BMT-nin İnkişaf proqramının (UNDP) və digər BMT institutlarının, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) və BMT-nin Baş Katibinin Gənclər üzrə xüsusi elçisinin (UN Secretary-General's Envoy on Youth) ekspert və əməkdaşlarından ibarət olmuşdur. Həmçinin münsiflər heyətinə dünyanın 4 ölkəsinin gənclər siyasətinə məsul nazirləri daxil idi.

Azərbaycan Respublikasının Prezidenti yanıda Gənclər Fondu cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə yaradılmışdır. Gənclər Fondunun yaradılmasında məqsəd, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda isə cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin icrasıdır.

S.Xankişiyeva

 

Paylaş:
563

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər