Tofiq Ağahüseynov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Tofiq Ağahüseynov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib

18:16 - 31 / 01 / 2018
Tofiq Ağahüseynov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib

Prezident İlham Əliyev T.Y.Ağahüseynovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Yaqub oğlu Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

1news.az

Paylaş:
692

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

11 / 09 / 2025, 14:48
Bütün xəbərlər