Dünyanın ən təhlükəli şəhərləri – SİYAHI
Urbanizasiya prosesi XX əsrdə dünyanın müxtəlif ölkələrində çoxsaylı şəhər əhalisinin toplaşmasına səbəb oldu. Bu geniş kütlənin içərisində heç də hamısı özünü reallaşdıra bilmədi və tədricən şəhər mühatinin kriminal amilinə çevrilməyə başladı.
1news.az Modern.az-a istinadən qətl və digər ağır cinayətlərin tez-tez baş verdiyi ən təhlükıli 10 dünya şəhərinin adını təqdim edir.
10.Juan-Pesoa (Braziliya)
Braziliyanın bu şəhəri dünyanın ən təhlükəli şəhərlərindən sayılır. Maraqlıdır ki, şəhər yaşıllıq sahəsinə görə (7 kvadrat kilometr) Parisdən sonra 2-ci dünya şəhəridir. Buna baxmayaraq, şəhərdə çox yüksək cinayətkarlıq halları var. Juan-Pesoda hər 100 min sakinə 72 qətl hadisəsi düşür.
9.Barkisimeto (Venesuela)
Lara ştatının paytaxtı olan bu şəhər mühüm sənaye, mədəniyyət və kommersiya mərkəzi sayılır. Çoxsaylı universitetlərin olmasına baxmayaraq, Barkisimetoda hər 100 min sakinə 79 qətl epizodu qeydə alınır.
8.Nuevo-Laredo (Meksika)
Meksikanın Tamaluipas ştatında yerləşən şəhər narkokortellərin, cinayətkar qrupların cəmləşdiyi məkandır. ABŞ-la sərhəddə yerləşdiyi üçün burada narkotika tacirləri arasında silahlı qarşıdurmalar geniş yayılıb. Statistikaya görə. 2002-2017-ci illər ərzində şəhərdə 10 mindən çox insan öldürülüb.
7.Kali (Kolumbiya)
Daha bir təhlükəli şəhər Kolumbiyanın şimalında yerləşən Kalidir. Kokain alverinə məkan olan Kalidə narkotik qruplaşmaların mövqeyi çox güclüdür. Hər il 100 min sakinə 83 qətlin törədildiyi şəhərdə gəzmək və hərəkət etmək məsləhət görülmür. ABŞ səfirliyi isə vətəndaşlarına bu şəhərə getməmək barədə rəsmi xəbərdarlıq edib.
6.Torreon (Meksika)
Meksikanın şimalındakı Koauila ştatındakı bu Torreonda mühüm sənaye və iqtisadi mərkəzlər var. Polisin sayının kəskin artırılmasına baxmayaraq, Torreonda hər il mindən artıq qətl törədilir.
5.Karakas (Venesuela)
Rəsmi adı Santyaqo-de-Leon-de-Karakas olan bu şəhər iqtisadi böhran səbəbindən son illər ciddi böhran keçirir. Hər 100 min sakinə 122 qətlin törədildiyi Karakasda qətl və zorakılıq hallarının əksəriyyətinin üstü açılmamış qalır. Şəhərin kənarında yerləşən kasıb məhəllələri isə xüsusilə təhlükə zonasıdır. Buna görə, həmin ərazilərə getmək turistlərə məsləhət görülmür.
4.Syudad-Xuares (Meksika)
Syudad-Xuares ABŞ-la sərhəddə yerləşən Çiuaua ştatının inzibati mərkəzidir. Syudad-Xuaresdə hər 100 min sakinə 130 qətl epizodu düşür. Xüsusilə, son 10 ildə şəhərdə qadınlara qarşı cinayətlərin sayı kəskin artıb.
3.Maseyo (Braziliya)
Braziliyanın Alaqoas ştatının mərkəzi sayılan Maseyo Rio-de-Janeyrodan da daha kriminal şəhər sayılır. Şəhərdə hər 100 min sakinə 135 qətl epizodu düşür.
2.Akapulko (Meksika)
Tam adı Akapulko-de-Xuares olan bu şəhər Meksikanın cənub-qərbində Herrero ştatında dəniz sahilində yerləşir. Liman şəhərində tez-tez insanlar itkin düşür və şəhər hakimiyyəti buna qarşı effektiv tədbirlər görə bilmir.
1.San-Pedro-Sula (Honduras)
Hondurasın ikinci ən böyük şəhəri sayılır. Məhz bu şəhər dünyanın ən təhlükəli və kriminal ərazisi sayılır. Hər 100 min sakinə 169 qətlin qeydə alındığı San-Pedro-Sula gündə 3-4 qətllə şoka düşür. Ona görə bu şəhəri “dünyanın qətl paytaxtı” da adlandırırlar.
1news.az