Əlövsət Ağalarova “Əməkdar jurnalist” adı verilib | 1news.az | Xəbərlər
Rəsmi

Əlövsət Ağalarova “Əməkdar jurnalist” adı verilib

19:03 - 02 / 02 / 2018
Əlövsət Ağalarova “Əməkdar jurnalist” adı verilib

Prezident İlham Əliyev Ə.İ.Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova “Əməkdar jurnalist” fəxri adı verilsin”.

1news.az

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər