Fidel Kastronun oğlu intihar edib
Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu Fidel Anxel Kastro Dias-Balart səhər saatlarında intihar edib.
1news.az xəbər verir ki, bu barədə ölkənin Prensa Latina dövlər agentliyi məlumat yayıb.
Məlumata görə, bir neçə ay imiş ki, həkimlər dərin depressiya ilə əlaqədar olaraq Kastroya yardım göstəriblər. Kastro əvvəl xəstəxanaya yerləşdirilib, daha sonra isə ambulator nəzarət rejiminə keçirilib.
68 yaşlı Kastro Dias-Balart Kuba Dövlət Şurasının elmi məsələləri üzrə məsləhətçisi və Kuba Elmlər Akademiyasının vitse-prezidenti olub, innovasiya mövzusu ilə məşğul imiş.
Kuba İnqilabının lideri Fidel Kastro Rus 2016-cı il noyabrın 25-də 90 yaşında öldü.
P.Sultanova
665