“Azərnəşr”in əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Azərnəşr”in əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib

23:16 - 02 / 02 / 2018
“Azərnəşr”in əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Qarayeva Rəsmiyə Məmməd qızı

Rəhimov Elxan Rəhim oğlu”.

1news.az

Paylaş:
851

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər