Prezident Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultayına təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultayına təbrik ünvanlayıb

14:37 - 05 / 02 / 2018
Prezident Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultayına təbrik ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultayına təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli qurultay iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və növbəti ali toplantınızın öz işinə başlaması münasibətilə təbrik edirəm.

Böyük tarixi inkişaf yolu keçmiş Azərbaycan həmkarlar ittifaqları müstəqillik illərində genişmiqyaslı fəaliyyəti sayəsində cəmiyyətin aparıcı təsisatlarından birinə çevrilmişdir. Bu gün respublikamızda ən kütləvi ictimai təşkilat olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının təmin olunmasında mühüm rol oynayır.

Müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar ittifaqları olmadan təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan hökuməti əmək münasibətlərinin tənzimlənməsi və insanların sosial məsələlərinin həlli sahəsində onların fəaliyyətini yüksək qiymətləndirir. Hazırda ölkəmizdə sosial tərəfdaşlıq sisteminin vacib subyektlərindən biri kimi çıxış edən həmkarlar təşkilatlarına öz işlərini zamanın tələbləri səviyyəsində qurması və funksional imkanlarının genişləndirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.

Azərbaycan Respublikasında dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində dövlət proqramlarının və infrastruktur layihələrinin uğurla reallaşdırılması yoxsulluq və işsizlik kimi ağır problemlərin səviyyəsinin minimuma endirilməsinə, əhalinin rifah halının yüksəldilməsinə imkan vermişdir. Enerji resurslarından əldə edilən gəlirlər, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və iqtisadi potensialın inkişafına yönəldilmişdir. Aparılmış islahatlar nəticəsində ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun həcmi ildən-ilə artır, sahibkarlığın genişlənməsi üçün yaradılmış əlverişli mühit özəl bölmənin fəaliyyətinə müsbət təsir göstərir və çoxsaylı yeni iş yerləri açılır.

Əldə olunan bu uğurlar həm də vətəndaşların sosial mənafelərinin qorunması, əmək münasibətlərinin nizamlanması, cəmiyyətdə hüquqi mədəniyyətin yüksəldilməsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı həmkarlar ittifaqlarının rolunu və məsuliyyətini daha da artırır. Həmkarlar təşkilatları bu reallıqdan çıxış edərək, müxtəlif mülkiyyət formasına malik olan müəssisə və şirkətlərdə öz fəaliyyətinin qurulması, işçilərin əmək, istirahət, müalicə və digər sosial tələbatlarının ödənilməsi üçün ardıcıl tədbirlərini davam etdirməlidir. Hesab edirəm ki, indiki dövrdə sahə həmkarlar təşkilatlarının işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə daha çox diqqət ayrılmalıdır.

İnanıram ki, bugünkü mötəbər tədbirdə aparılacaq konstruktiv müzakirələr və qəbul ediləcək qərarlar ölkəmizin sosial-iqtisadi inkişafının müasir mərhələsində həmkarlar ittifaqlarının nüfuzunun artmasına, cəmiyyətimizin ahəngdar həyatının və vətəndaşların sosial rifahının təmin olunmasına sanballı töhfələr verəcəkdir.

Sizi bir daha ürəkdən təbrik edir, qurultayın işinə uğurlar arzulayıram!”.

1news.az  

 

Paylaş:
719

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər