Birləşmiş Ərəb Əmirlikləri kosmosda xəstəxana tikəcək | 1news.az | Xəbərlər
Dünya

Birləşmiş Ərəb Əmirlikləri kosmosda xəstəxana tikəcək

10:25 - 07 / 02 / 2018
Birləşmiş Ərəb Əmirlikləri kosmosda xəstəxana tikəcək

Dubayda keçirilən “Arab Health 2018” sərgisində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) astronavtlar üçün kosmosda xəstəxana tikilməsi üzrə planını açıqlayıb.

1news.az-ın technote-a istinadla verdiyi xəbərə görə, bu sensasiyalı layihəni ölkənin Səhiyyə Nazirliyi elan edib.

“Arab Health 2018” Yaxın Şərqdə tibb sahəsindəki nailiyyətlər üzrə keçirilən ən böyük 4 günlük sərgidir. Heç təəccüblü deyil ki, kosmosda xəstəxana yaradılması layihəsi məhz bu tədbirdə elan edilib. Layihəyə əsasən astronavtların müalicəsində əsas rolu nanotexnologiyalar oynayacaq. Müalicənin idarəolunması isə Yer kürəsində olacaq həkimlər tərəfindən reallaşdırılacaq.

Layihənin müəllifləri etiraf ediblər ki, bu layihənin reallaşdırılması uzaq gələcəyin işidir və o təqribi olaraq 2117-ci ildə reallaşdırılacaq. Lakin layihə müəllifləri artıq indidən bu cür texnologiyanların yaradılması barəsində məlumatı öz əməkdaşlarına xəbər veriblər. Kosmik xəstəxananın reallaşdırılması üçün vacib olan innovasiyaların inkişafı “Milli kosmik proqram”, “Süni zəka” və “Dördüncü sənaye inqilabı” kimi təşəbbüsləri çərçivəsində baş verəcək. Bu layihə üçün ilk addım isə 2020-ci ildə BƏƏ-nin Mars missiyası olacaq. Bundan əlavə olaraq Səhiyyə Nazirliyi xərçəng, diabet, depressiya və ürək-damar kimi xroniki xəstəliklərin müalicəsi üzrə təşəbbüsləri də elan edib.

S.Xankişiyeva

 

Paylaş:
642

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər