Azərbaycanlı kikboksinq üzə beşqat dünya çempionu titul kəməri uğrunda döyüşəcək – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İdman

Azərbaycanlı kikboksinq üzə beşqat dünya çempionu titul kəməri uğrunda döyüşəcək – FOTO – VİDEO

17:21 - 12 / 02 / 2018
Azərbaycanlı kikboksinq üzə beşqat dünya çempionu titul kəməri uğrunda döyüşəcək – FOTO – VİDEO

Tanınmış azərbaycanlı kikboksçu Pərviz Abdullayev növbəti ACB KB turnirində çıxış etməyə hazırlaşır.

Beşqat dünya çempionu olan Abdullayev aprelin 20-də Moskvada çeçen idmançı İslam Baybatırova qarşı titul kəməri uğrunda döyüşə çıxacaq. Qalib gələcəyi təqdirdə Abdullayev altıncı dəfə dünyanın ən yaxşı peşəkar kikboksçusu adını qazanacaq.

Pərviz 1986-cı il yanvarın 5-də Ağdamda anadan olub. Təhsilini və hərbi xidmətini başa vurandan sonra özünü bütünlüklə kikboksinqə həsr edib. 2010-cu ildə ölkənin ən yaxşı idmançılarından biri seçilib, 2011-ci ildə prezident İlham Əliyevin adından mənzillə mükafatlandırılıb. 2017-ci ildə isə uşu üzrə VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı olub.

“Qəbələ” idman klubunu təmsil edən Abdullayev Kamil Hüseynzadənin rəhbərlik etdiyi “Cobra” kikboks klubunda da məşq edir. Qeyd edək ki, Pərvizə peşəkar dəstək verən Kamil Hüseynzadə kikboksinq üzrə Azərbaycan Kubokunun sahibidir.

Eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də Pərvizə hərtərəfli dəstək göstərir.

Qeyd edək ki, Pərviz Abdullayev bu günə kimi 52 döyüş keçirib ki, bu döyüşlərdən 23-ü nokautla başa çatmaqla 47 qələbə qazanıb.

2017-ci ilin noyabr ayında Los-Ancelesdəki ACB KB turnirində Azərbaycan kikboksçusu hollandiyalı döyüşçü Qodvin Afriye ilə reytinq döyüşü keçirərək qalib gəlib.

2018-ci il yanvarın 18-də isə Türkiyədə dünya və Avropa çempionu İsmayıl Uzuneri məğlub etməklə isə Pərviz Abdullayev peşəkar rinqdə növbəti qələbəsini qazandı.

Fəridə Rəsulova

Paylaş:
3768

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər