Rusiyadakı təyyarə qəzasının səbəbi açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Rusiyadakı təyyarə qəzasının səbəbi açıqlandı

21:55 - 13 / 02 / 2018
Rusiyadakı təyyarə qəzasının səbəbi açıqlandı

Rusiyada 71 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbi açıqlanıb.

1news.az xəbər verir ki, təyyarənin “Qara qutusu” araşdırıldıqdan sonra qəzanın pilotun səhvi ucbatından baş verdiyi məlum olub.

Belə ki, pilot təyyarə qalxan zaman təzyiq ayarlamasını etməkdə gecikib. Bundan başqa, havaya qalxma zamanı isitmə sistemi qoşulmayıb. Buna görə də sensorlar buz bağlayıb və sürət göstərmə mexanizmi səhv işləyib.

Pilotlar proseslərin səhv getdiyini görsələr də, problemi aradan qaldıra bilməyiblər.

1news.az

Paylaş:
728

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər